“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kolleci orta ixtisas təhsili sahəsində mühüm rola malik təhsil müəssisəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli qərarına əsasən Bakı İdarəetmə və Texnologiya Kollecinin bazasında yenidən təşkil edilərək ADNSU-nun nəzdində publik hüquqi şəxs statusuna malik Sənaye və Texnologiya Kolleci yaradılmışdır.

Kollecin tarixi daha əvvəl fəaliyyət göstərmiş Bakı Yerli Sənaye Texnoloji və Bakı Yüngül Sənaye texnikumlarının bazasına dayanır. Sonrakı illərdə Bakı İnşaat, Bakı Kommersiya və Bakı Kompüter kolleclərinin də birləşdirilməsi ilə kollecin təhsil və idarəetmə potensialı daha da genişləndirilmişdir.


Bu gün kollecdə müxtəlif ixtisaslar üzrə müasir əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması həyata keçirilir.

icon

Missiyamız

Region və ölkə üçün rəqabətqabiliyyətli, müasir bilik və bacarıqlara malik peşəkar mütəxəssislərin hazırlanmasını təmin etmək, tələbələrin innovativ düşüncə və praktiki bacarıqlarının inkişafına şərait yaratmaq.

Kollecin fəaliyyət istiqamətləri