“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

News Image

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Tədbir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Dillər” fənn birləşmə komissiyasının sədri, Mədəniyyət və İncəsənət Klubunun kuratoru Aynur Rzaquliyeva dəyirmi masa iştirakçılarını salamlayaraq, tədbirə qatılan şəhid ailələrinə və müharibə iştirakçısı tələbələrə təşəkkürünü bildirib. O, belə görüşlərin tələbələrin tarixi hadisələr barədə məlumatlandırılması və onların fəal vətəndaş mövqeyinin formalaşması baxımından əhəmiyyətini qeyd edib. 

Daha sonra 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Dəyirmi masada çıxış edən kollecin Tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabrın doğma torpaqlarımız uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edildiyini bildirib.

Asəf Məmmədov tarixi Zəfərin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipial mövqeyi, eləcə də Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə edildiyini vurğulayıb. O, Vətən müharibəsində ordumuzun göstərdiyi şücaət, şəhidlərimizin canı və qanı, qazilərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və həmrəyliyi sayəsində tarixi Zəfərin qazanıldığını qeyd edib. 

Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu diqqətə çatdırılıb. Dövlət başçısının Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə xarici media nümayəndələrinə verdiyi müsahibələrin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Həmçinin kollecin Vətən müharibəsində şəhid olmuş tələbələri – Ağakişiyev Nurlan Etibar oğlu, Əliyev Rəvan Yusif oğlu və Əliyev Azər Elnur oğlunun əziz xatirəsi xüsusi ehtiramla yad edilib. Onların həyat və döyüş yolu haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Şəhid tələbələrin valideynləri övladları ilə bağlı xatirələrini bölüşərək onların vətənpərvərliyindən, yüksək mənəvi keyfiyyətlərindən, mərdliyindən və Vətənə olan sonsuz sevgisindən söz açıblar. Onlar övladlarının gələcəklə bağlı arzularından, böyük hədəflərindən və həyata keçirmək istədikləri planlarından danışaraq, bu arzuların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqla yarımçıq qaldığını bildiriblər.

Kollecin şöbə müdirləri, Həmkarlar İttifaqının sədri və müəllimlər çıxış ediblər. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyəti, bu tarixin sevinc və kədər hisslərini özündə birləşdirməsi, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, müharibəyə səbəb olan amillər, xalqımızın doğma torpaqlarının işğalı ilə heç vaxt barışmaması, ərazi bütövlüyümüzün bərpası uğrunda apardığı mübarizə barədə fikirlər səsləndirilib. Şəhidlərin qəhrəmanlıq və döyüş yolunun gənc nəsil üçün mühüm vətənpərvərlik nümunəsi olduğu qeyd edilərək, onların həyat və mübarizəsinin tələbələrə çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Tədbir zamanı kollecin tələbəsi Rövnəq Mirzəxanlı özünün qələmə aldığı “Şəhid məzarı” şeirini səsləndirib.

Dəyirmi masanın sonunda şəhid valideynləri övladlarının adını daşıyan sinif otaqlarını ziyarət ediblər.

Sonda kollecin Tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, müəllim heyəti və tələbələr Zəfər Parkını ziyarət edərək burada yerləşən Zəfər tağı abidəsi önünə gül dəstələri qoyub, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Ziyarət zamanı Vətən uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq və fədakarlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Şöbə Müdiri Şəhla Əhmədovanın 50 illik yubileyi qeyd edildi.

News Image

Şöbə Müdiri Şəhla Əhmədovanın 50 illik yubileyi qeyd edildi.

Şöbə Müdiri Şəhla Əhmədovanın 50 illik yubileyi qeyd edildi. Həmkarlar İttifaqının sədri Xəlil Bağırov gül buketi təqdim etdi.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Qala altına bir günlük səyahət

News Image

Qala altına bir günlük səyahət

Qala altına bir günlük səyahət

“Böyük zəfərin memarı” adlı tədbir keçirildi

News Image

“Böyük zəfərin memarı” adlı tədbir keçirildi

05.05.2026-cı il tarixndə YAP Nərimanov rayon təşkilatı ilə Sənaye və Texnologiya Kollecinin birgə Ulu öndər Heydər Əliyevin anadan omasının 103-cü ildönümünə həsr olunmuş “Böyük zəfərin memarı” adlı tədbir keçirildi. İlk öncə Dövlət Himni səsləndirildi. Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru, professor Nasim Abışov keçirilən tədbir haqqında ümumi məlumat verdi və Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətindən danışdı. Sonra tədbirin iştirakçıları, o cümlədən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP-ın İdarə Heyətinin üzvü, millət vəkili Azər Badamov və YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva çıxışlarında bildirdilər ki, Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Həmçinin tədbirin gedişində YAP Nərimanov rayon təşkilatı tərəfindən kollecin bir qrup işçisinə YAP-ın üzvlük vəsiqələri təqdim edildi. Tədbirdə Ulu öndərin həyat və fəaliyyətinə aid videoçarx nümayiş etdirildi, şeir söylənildi, musiqi nömrələri təqdim olundu.

ADNSU STK-da maddi yardım

News Image

ADNSU STK-da maddi yardım

09 Aprel 2026-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində təhsil alan və sosial həssas qrupa daxil olan 20 nəfər tələbəyə kollecin HİK-i tərəfindən maddi yardım göstərilmişdir.

ADNSU-nun nəzdində STK-da "Novruz Bayramı" münasibətilə tədbir keçirilmişdir.

News Image

ADNSU-nun nəzdində STK-da "Novruz Bayramı" münasibətilə tədbir keçirilmişdir.

ADNSU-nun nəzdində STK-da "Novruz Bayramı" münasibətilə tədbir keçirilmişdir. Tədbirdə kollecimizin tələbələri öz hazırladıqları əl işlərini nümayiş etdirmişdirlər.

ADNSU-nun nəzdində STK-da "zəfər günü"-nə həsr olunmuş tədbir

News Image

ADNSU-nun nəzdində STK-da "zəfər günü"-nə həsr olunmuş tədbir

8 Noyabr tarixində ADNSU-nun nəzdində STK-da "zəfər günü"-nə həsr olunmuş tədbir keçirilmişdir.